Xocalı soyqırımı ilə əlaqədar "dəyirmi masa" keçirilib

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" bunu ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının on illiyi ilə bağlı xalqa müraciətində qeyd etmişdi. 

Artıq Xocalı soyqırımından 30 il keçir. Xalqımıza qarşı edilən bu soyqırım heç vaxt yaddaşlardan silinməyəcək.

Fevralın 24-də "Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da ilk öncə Çingiz Mustafayevin çəkib bütün dünyaya bəyan etdiyi "Xocalı soyqırımı" qısametrajlı filmi nümayiş etdirilib. Məktəbin müəllim və şagirdləri bu barədə öz fikirlərini səsləndiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi