"Ana dilim-doğma dilim" mövzusunda tədbir

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır.

Fevralın 21-də məktəbdə "Ana dilim-doğma dilim" mövzusunda tədbir keçirilib. Tədbirdə şagirdlər dilimizin gözəlliyindən bəhs edən şeirlər söyləyib, mahnılar ifa ediblər. Başqa dillərdən bizim dilimizin necə axıcı, həzin olmasını Azərbaycan dili müəllimləri öz çıxışlarında bir daha qeyd ediblər. Dahi Nizaminin, Füzulinin, Nəsiminin əsərləri bu dildə necə gözəl səsləndiyini bildiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi