Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü

Fevralın 18-də məktəbdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Y.Mirzəyevin bacısı Nailə xanım, qızı Nurlana, nəvəsi Yusif iştirak ediblər. İlk olaraq Milli Qəhrəmanın məktəbin həyətində yerləşən büstü qarşısında tər qərənfillər qoyulub və  bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Arifə Balakişiyeva Yusif Mirzəyevin həyatı, keçdiyi döyüş yolu, xalqına olan sevgisi haqqında danışıb. Tədbirdə çıxışlar hərbi vətənpərvərlik ruhda təşkil olunub. Şagirdlərin ifasında vətənə, qəhrəmanlara həsr olunmuş şeirlər, mahnılar səslənib. Onların hazırladıqları təqdimatlar dinlənilib, videoçarxlar nümayiş etdirilib. 

Sonda şəhidin bacısı Nailə xanım qardaşı Yusif Mirzəyev haqqında xatirələrindən danışıb və tədbirin təşkil olunmasında əməyi keçən hər bir insana öz təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi