Məktəbdə "dəyirmi masa" keçirilib

Lütfi Zadəni cəsarətli fenomen adlandırmaq olar. Bəşər tarixində, xüsusən son yüz ildə kəşf və nəzəriyyələri dünyaya səs salan, elmdə inqilabi dəyişikliklərə imza atan onun kimi alimlər çox deyil.

XX yüzilliyin 60-cı illərində dünya elmində yeni bir inqilab baş verdi. 1965-ci ildə "Qeyri-səlis məntiq nəzəriyyəsi" meydana gəldi. Dünyaya səs salan bu nəzəriyyənin müəllifi azərbaycanlı alim Lütfi Zadə idi. Gördüyü işlər sayəsində Azərbaycanın adını yüksəkliklərə qaldırıb. Buna görə də 1998-ci ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. 2014-cü ildən isə Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir.

İndiki gənc nəsli bu ruhda yetişdirmək və onun keçdiyi yolu şagirdlərə öyrətmək üçün məktəbdə "dəyirmi masa" keçirilib. Dəyirmi masada "Uzaq-yaxın Lütfi Zadə" adlı qısa metrajlı film izlənilib, Lütfi Zadənin elmə verdiyi töhfələrdən söhbət açılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi