Məktəbdə I yarımilin yekun qiymətləndirmələri keçirilib

Məktəbdə 24-31 yanvar tarixlərində "Fəaliyyət Planı"nın 1.1.1.28 bəndinə uyğun olaraq imtahan komissiyası tərəfindən tərtib olunmuş qrafik üzrə I yarımilin yekun qiymətləndirmələri keçirilib. BSQ-lər V, VI, VII, VIII, X siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən və IV, IX, XI siniflərdə isə bütün fənlərdən aparılıb. BSQ-lər imtahan komissiyası tərəfindən təyin olunmuş nəzarətçi müəllimlər tərəfindən keçirilib.