"Bakının qanlı səhəri" adlı tədbir keçirilib

"20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə "Bakının qanlı səhəri" adlı tədbir keçirilib. "Qanlı Yanvar" faciəsinə həsr olunmuş tədbirdə şagirdlərin hazırladıqları səhnəciklər göstərilib, şeirlər söylənilib, slaydlar nümayiş olunub. XI "A" sinif şagirdi Elman Səfərov gitarada canlı "Cənab leytenant" mahnısını ifa edib.
Şagirdlər bir daha həmin gecə baş verənləri yad ediblər. Həmin gecə silahsız insanlara əl qaldıran orduya isə necə nifrət etdiklərini nümayiş etdiriblər. Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Tədbirin sonunda məktəbin direktoru Arifə Balakişiyeva çıxış edib. Arifə xanım Qanlı Yanvar gecəsi haqqında məlumat verib və şahidi olduğu hadisəni şagirdlərlə bölüşüb.
Allah şəhidlərimizə rəhmət eləsin.