20 Yanvar faciəsi ilə əlaqədar "dəyirmi masa" keçirilib

Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizənin yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq rəmzini itirməmiş, əksinə haqq səsini daha ucadan bəyan etmişdir. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 32 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Məktəbdə "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq "dəyirmi masa" təşkil edilib. "Dəyirmi masa"da şagirdlər 20 Yanvar hadisələri haqqında öz fikirlərini bölüşüblər.

Şəhidlər heç vaxt, heç zaman unudulmaz, yaddan çıxmaz. Onların qoyduğu yol gələcək nəslə bir məktəbdir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi