Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir
31 dekabr-Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Bu günün əsasını 1991-ci ildə Ümummilli lider Heydər Əliyev qoymuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqə qurmaq onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu gün həm də "Yeni ilin" gəlişi ilə eyni günə təsadüf edir. Ona görə də məktəbdə bu bayramlar münasibətilə tədbir keçirilib. Həmin tədbirdə məktəbin müəllim və şagird kollektivinin fəal üzvləri "Tərifnamə" ilə təltif edilib.
Azərbaycan xalqının Həmrəylik Günü və Yeni il bayramı mübarək olsun!