Məktəbdə 5 Oktyabr "Müəllimlər günü" ilə əlaqədar tədbir keçirilib

Müəllim ömrü bir şama bənzəyir.Əgər bu peşə sahibi yanmasa, yaşaya bilməz. Onun həyatının əsas mənası da elə bundadır. Öz zəkası ilə neçə-neçə fidanı cəmiyyətə yararlı vətəndaş kimi böyüdüb ərsəyə çatdırır. Ulu öndərimiz həmişə öz müəllimləri haqqında fəxarətlə danışırdı. Respublikamızda müəllim əməyinə böyük qiymət verilir. Məhz 5 Oktyabr Müəllim günü kimi təsis edilməsi, müəllimlərə fəxri adların verilməsi Respublika Prezidenti İ.Əliyev cənablarının təhsilin inkişafına etdiyi xidmətlərdir. Bu gün bizim məktbimizdə də bu münasibətlə tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru S,Əkbərova açıb. Samirə xanım müəllim əməyinin məsuliyyətli bir peşə olduğundan danışıb. Məktəbimizin müəllimlərini təbrik edib və çətin işlərində uğurlar diləyib. Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi