Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir

Türkiyə Respublikası Prezidenti Cənab Recep Tayyip Erdoğanın imzaladığı sərəncam ilə 2021-ci il "Yunus Əmrə və Türkçə ili", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə Bakü Türk Anadolu Lisesi və 44 nömrəli tam orta məktəb arasında bağlanmış əməkdaşlıq protokoluna əsasən dekabrın 21-də Bakı Türk Anadolu liseyində tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva, Türkiyə Cümhuriyeti Bakü Eğitim müşaviri Nihat BüyükBaş, Bahçeşehir Universitesi öğretim üyeleri və yetkilelileri, liseyin müdiri Nurullah Feyzi Yazıcı iştirak ediblər.

Məktəbin şagirdlərinin iştirakı ilə İntibah dövrünün dünya səviyyəli şairi Nizami Gəncəvi lisey şagirdlərinə tanıdılmış, onun yaradıcılıq yoluna işıq salınmışdır. Məktəbin IX"A" sinif şagirdi Nəsimi Tağızadə Nizami Gəncəvinin "Sevgili canan" qəzəlinə yazılmış romansını ifa etməsi hamı tərəfindən bəyənilib və xüsusi diqqətə layiq görülüb.

Tədbirin sonunda məktəbin direktoru Arifə Balakişiyeva və liseyin müdiri Nurullah Feyzi Yazıcı çıxış ediblər. Daha sonra Türkiyə Cümhuriyeti Bakü Eğitim müşaviri Nihat BüyükBaş çıxış edərək, tədbirin çox möhtəşəm keçdiyini bildirib. 

Liseydə məktəbin şagirdlərinin Nizaminin əsərlərinə aid əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Maraqla izlənən tədbir liseyin kollektivi və şagirdləri tərəfindən çox bəyənildiyindən yenidən keçirilməsi xahiş edilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi