Bakı Türk Anadolu Lisesinin şagirdləri ilə görüş

Dekabrın 16-da məktəbdə Anadolu türkcə şeirinin banilərindən biri olan, böyük islam filosofu Yunus Əmrənin 780 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Bakı Türk Anadolu liseyinin şagirdləri Yunus Əmrənin şeirlərini, türk-islam təfəkkürünü əks etdirən fikirlərini səsləndiriblər. Şagirdlər tərəfindən qurulan səhnəciklər vasitəsilə şairin həyat yoluna, yaradıcılıq dünyasına qısa nəzər salınıb. O cümlədən sərgi təşkil olunub, Yunus Əmrənin həyatının müxtəlif anlarının təsvir olunduğu şəkillər nümayiş olunub.

Tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva və liseyin müdiri Nurullah Feyzi Yazıcı çıxış ediblər. Daha sonra şagirdlərlə  birgə xatirə şəkilləri çəkilib. 

Çox maraqla izlənən tədbirin sonunda lisey və məktəb şagirdləri arasında dostluq münasibətləri qurulub. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi