Məktəbdə "dəyirmi masa" keçirilib

"Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası məqsədilə Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq məktəbdə "Gender əsaslı mübarizə" mövzusunda "dəyirmi masa" keçirilib. Şagirdlər bu mövzuya aid fotoşəkillər nümayiş etdiriblər. IX"A" sinif şagirdi Nəsimi Tağızadə "Şiddətə son" slaydını təqdim etməklə gender əsaslı zorakılıqla mübarizənin tarixi təkamülünə nəzər salıb. Digər şagird Xəyalə Ağayeva isə gender əsaslı zorakılığın insan həyatına mənfi təsirlərini söyləyib. 

Sonda coğrafiya müəllimi Anay Məmmədova son illər Azərbaycanda gender əsaslı zorakılıqla mübarizədə görülən işlərdən və bu işlərin gələcək perspektivlərindən söz açıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi