Məktəbdə "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı tədbir keçirilib

Azərbaycan Qoca Şərqin qapısı, musiqi beşiyidir. Bu milləti dünyada tanıdan onun böyük şairləri, dahi bəstəkarları və xanəndələridir. Ulu öndərimiz H.Əliyevin sözləri ilə desək Azərbaycanı dünyaya tanıtdıran onun böyük şəxsiyyətləridir. Musiqimizə olan dövlət qayğısı həmişə olmuş və olmaqdadır. Respublika Prezidenti İ.Əliyev cənabları və H.Əliyev adına Fondun rəhbəri M.Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təşkil olunmuş musiqi tədbirləri buna bariz nümunədir. Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı tədbir keçirilib. Tədbir iştirakçıları musiqi karifeyləri haqqında geniş məlumatlar veriblər. Tədbirin sonunda xüsusi musiqi istedadı olan bir neçə şagirdə tərifnamələr və hədiyyələr verilib. Onlara olan bu diqqət gələcək musiqimizin inkişafına təminatdır. Tədbirin sonunda musiqimizin qaşı olan Qarabağda bu tədbirlərin keçirilməsini arzu ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi