Ulu öndərə həsr olunmuş tədbir keçirilib

Dekabrın 10-da məktəbdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin hərbi rəhbəri Rauf Nəcəfquliyev tərəfindən hazırlanıb. Şagirdlər böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Müstəqil Azərbaycanın qurucusunun keçdiyi həyat yoluna aid hazırlanmış slaydlar nümayiş olunub. Məktəbin müəllimi Xəyal Əsədov çıxışında Heydər Əliyev ilə bağlı maraqlı xatirələr danışıb. 

Məktəbin direktoru Arifə Balakişiyeva öz çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Ulu öndərin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir. Heydər Əliyev daim xalqının yanında olub.

Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi