Valideyn komitələrinin iclası keçirilib
Noyabrın 30-da məktəbdə valideyn komitələrinin siniflər üzrə nümayəndələri ilə birgə iclas keçirilib. İclas zamanı sinif və valideyn komitələrinin fəaliyyəti, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi və qorunub saxlanılmasında valideynlərin rolu kimi məsələlər müzakirələr edilib. İclasın keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirmək idi.