Milli Dirçəliş Günü ilə bağlı "dəyirmi masa" təşkil edilib
Məktəbdə 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar "dəyirmi masa" təşkil edilib. Dəyirmi masada şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü ilə bağlı məlumat verilib. Həmçinin ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan danışılıb.
Daha sonra Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyiblər.