Məktəbdə15 sentyabr "Bilik günü" qeyd edilib

Bilik günü -Azərbaycanda dərslərin başladığı gün kimi qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 avqust 2004-cü il fərmanı ilə Azərbaycanın bütün təhsil məssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik günü elan edilmişdir. Xalqımız ülmi, biliyi yüksək dəyərləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn şeyi əsirgəməmişdir. Ulu öndərimizin xalqımıza olan dərin məhəbbətininn ifadəsidir ki, o, təhsili millətin gələcəyi hesab edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Heydər Əliyev Fondunun rəhbəri M.Əliyeva təhsilimizin inkişafı üçün əllərindən gələni əsirgəmir, təhsili praritet sahə hesab edirlər. Yeniləşən Azərbaycanımıza yeni məktəb layihəsinə əsasən məktəblərin tikintisi və təmiri, pulsuz dərsliklərlə şagirdlərin təminatı bu ilki 2016/2017-ci tədris ilində də ön plana çəkilmişdir. Bu il Nəsimi rayonu Y.Mirzəyev adına məktəbdə əsaslı şəkildə təmir olunmuş, şagirdlərimiz pulsuz dərsliklərlə təmin edilmişdir. Təhsilə olan dövlət qayğısı sayəsində keçən dərs ilində uğurlarımız sevindiricidir. 2015/2016-cı tədris ilində 39 şagirddən 30-u Respublikamızın ali və orta ixtisas məktəblərinə daxil olmuşlar. Şagirdlərimizdən Mustafayev Cavid 632 bal, Rəfizadə Rauf 582 bal toplayaraq Respublikamızın qabaqcıl təhsil ocaqlarına daxil olmuşlar. 2016/2017-ci tədris ilində də bir daha məsuliyyətlə işləməli, daha böyük uğurlar əldə etməliyik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi