8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Yurdumuz, elimiz, obamız böyük bir bayramı qeyd edir. O bayramı ki, 30 ildir həsrətlə gözləyirdi. Atalarımız "xeyirlə şər qardaşdır" deyiblər. Xalqımız da 44 günlük müharibədə canından keçən şəhidlərimizə ürək yanğısı ilə yas tutur, eyni zamanda zəfərimizi böyük bir fərəhlə yaşayır.

27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən noyabrın 5-də məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayevanın rəhbərliyi ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Otuz ilin həsrəti" adlı tədbir keçirilib. Bu tədbir həm məktəb heyyətinin, həm də gələn qonaqların hədsiz marağına səbəb olub. Şagirdlər həm şəhidləri yad ediblər, həm də qələbəmizin sevincini nümayiş etdiriblər. Bu mövzuda hazırlanmış səhnələr qonaqların qəlbini riqqətə gətirib. Səslənən musiqilər, hazırlanan slaydlar hər kəsin qəlbindəki vətənpərvərlik hissini bir daha alovlandırıb. 

Döyüşdə iştirak etmiş məzunlarımız öz döyüş yollarında baş vermiş əhvalatları bölüşüblər. Hər biri şagirdlərə örnək ola biləcək nitq söyləyiblər. Məktəbin məzunu II Qarabağ müharibəsində iştirak etmiş Nurlan Səfərovun "Xudayar təsnifini" ifa etməsi hamını heyran edib. 

Məktəbin direktoru Arifə Balakişiyeva tədbirin sonunda əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirib. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi