Vətən müharibəsi qaziləri ilə görüş
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16362755466187955a744791.42641579.jpg)
27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən məktəbdə ibtidai siniflər üzrə Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirə II Qarabağ müharibəsində iştirak etmiş qazilərimiz Ayaz İsmayılov, Çingiz Qədimov, İmran Rəcəbov dəvət edilib. Şagirdlərlə görüşdə qazilərimiz döyüş təəssüratlarından danışıblar.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər. Məktəbin müəllimləri çıxış edərək, torpaqlarımızı düşmən tapdağından azad etdikləri üçün Ali Baş Komandan İlham Əliyevə və qazilərimizə təşəkkür ediblər. Şəhidlərimizə isə rəhmət diləyiblər.
Qarabağ Azərbaycandır!