9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə məktəbdə tədbir keçirilib. Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi ilə bağlı imzalanmış Sərəncamı haqqında geniş məlumat verib və 9 noyabr tarixinin ölkəmizdə hər il təntənəli qeyd edildiyini vurğulayıb.

Sonda şagirdlərin ifasında Bayraq Gününə həsr olunmuş şeirlər və musiqilər səsləndirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi