8"A" sinfində dəyirmi masa keçirilib

Görkəmli saz-söz ustadı Aşıq Ələsgərin Respublika Prezidenti İlham Əliyevin qərarı ilə 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsinə start verilib. Aşıq məktəbinin banisi sayılan bu görkəmli şəxsiyyətin yubileyi münasibətilə məktəbdə bir sıra tədbirlər həyata keçirilib.

Noyabrın 3-də məktəbin 8"A" sinif şagirdləri və fənn müəllimi Ceyran Həşimova "Saz-söz işığında" adlı dəyirmi masa təşkil ediblər. "Dəyirmi masa"da Aşıq Ələsgərin ömür yolu geniş təhlil olunub, sinif şagirdləri mövzu rəngarəngliyi olan bu sənətkarın əsərlərindən nümunələr söyləyiblər və müzakirələr aparıblar. Daha sonra sinif müəllimi Elmira Cəbiyevanın  şagirdləri Aşıq Ələsgərin "Dağlar" şeirini musiqili kompozisiya ilə mənalandırıblar. Sonda 8"A" sinif şagirdlərinin hazırladıqları slayd izlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi