X"A" sinfində dəyirmi masa keçirilib

Noyabrın 1-də məktəbin X"A" sinfində Gülnaz müəllimənin rəhbərliyi ilə 44 günlük müharibədə tarixi Qələbə əldə etməyimiz barədə dəyirmi masa keçirilib.

Azərbaycan ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks hücum əməliyyatında əldə etdiyimiz möhtəşəm qələbədən artıq 1 il keçir. Həmin qələbənin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Dəyirmi masada bunlar ayrı-ayrılıqda ön plana çəkilərək təhlil edilib. Sonda Prezidentimizə, şanlı ordumuza bu günləri bizə bəxş etdikləri üçün çox sağ ol deyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi