"Aşıq Ələsgər ustad sənətkardır" mövzusunda şeir müsabiqəsi keçirilib

Oktyabrın 21-də "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq" məktəbin VII-X sinif şagirdləri arasında "Aşıq Ələsgər ustad sənətkardır" mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqədə 9"A" sinif şagirdi Nəsimi Tağızadə I yerə layiq görülüb və şəhər mərhələsinə qalib kimi təqdim edilib. Digər qaliblər isə məktəb tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.