Psixoloq VI-XI sinif şagirdləri ilə söhbətlər aparıb
Oktyabrın 8-də məktəbin praktik-psixoloqu Nazilə Hüseynova İllik Fəaliyyət Planına uyğun olaraq "Şagirdlərin məktəbə adaptasiyası" mövzusu ilə bağlı VI-XI sinif şagirdləri arasında söhbətlər aparıb. Nazilə müəllimə şagirdlərə mövzu ilə əlaqədar ətraflı məlumat verib. Şagirdlərin istək və arzuları dinlənilib, müəyyən suallar cavablandırılıb.