Son zəng! Son qayğılar!

Həyata müstəqil addımlara çalınmış ilk xəbərdarlıq akkordları! On bir illik şagirdlik həyatının yekunları, gələcəyə atılmış ilk addımların başlanğıcı kimi insan həyatında çox önəmli yeri olan günün başlanğıcıdır. Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə də bu il təşkil olunmuş «Son zəng» mərasimi son dərəcədə maraqlı keçdi. ATV – televiziyasının əməkdaşlarının tədbirdə iştirakı bu mərasimi daha da maraqlı etdi. Bu il məktəbimizi iki on birinci sinif bitirdi - XIA və XIB. Tədbiri məktəbimizin direktoru Samirə xanım Əkbərova açdı. Samirə müəllimə son illərdə Vətənimzdə gedən yeniliklərdən və uğurlardan danışdı. On birincilərə müstəqil Azərbaycanımızın qurucuları kimi uğurlar dilədi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini T. Xankişiyeva və müəllimlər XI-lərə gələcək həyatlarında səbir və dözüm, iradə mətinliyi arzuladılar. Maraqlı konsert proqramı ilə çıxış edən XI-lər hamıda gözəl ovqat yaratdı. Valideynlər məktəbimizdən XI-lərin tədrisi müddətində yaradılmış sağlam mühit üçün məktəbin müdiriyyətinə və müəllimlərə təşəkkür etdilər. Daha sonra birincilər XI sinif şagirdlərini gül dəstələri ilə təbrik edib, gələcək estafeti onlaradan aldıqlarını bildirdilər. Tədbir çox maraqlı şəkildə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi