Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

27 sentyabr-Anım Günü və 8 noyabr-Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq oktyabrın 9-da sinif rəhbəri Ağca Quliyeva 8"A" sinif şagirdləri ilə II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, onların qəhrəmanlıqlarından danışıblar. Ağca müəllimə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi