15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi.

15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.1993-cü ildə ölkədə siyasi böhran yarandığı vaxt , ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən xias etdi, vətəndaş müharibəsinin qarşısını aldı. O, ölkənin xilaskarı kimi Azərbaycanı dağılmaq təhlükəsindən qorudu, müstəqil Azərbaycanın yaradıcısı oldu. Bu tarixi hadisəni bu ildə Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə qeyd etdik. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru S.Əkbərova bu tarixi hadisə barədə geniş məlumat verdi. Nəsimi Rayon Gənclər İdman İdarəsinin nümayəndəsi isə 15 iyun Qurtuluş gününü ulu öndərimizin xalq qarşısında mühüm xidmətlərindən biri kimi qiymətləndirdi. Daha sonra məktəbimizdə geniş ədəbi-bədii kompozisiya təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi