8 noyabr-Zəfər Günü ilə bağlı mühazirə keçirilib

27 sentyabr-Anım Günü və 8 noyabr-Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq məktəbin GÇQH rəhbəri Rauf Nəcəfquliyev mühazirə ilə çıxış edib. Rauf müəllim 44 günlük II Qarabağ müharibəsi haqqında geniş məlumat verib. Slaydlar nümayiş olunub. Tədbirə məktəbin 44 günlük II Qarabağ müharibəsində iştirak etmiş qəhrəman məzunları da dəvət olunub. Q.Murad, Ə.Mirsahib, Q.Elşən, B.Ceyhun keçdikləri döyüş yolundan danışıblar. Onları yetişdirən müəllimlərə təşəkkürlərini bildiriblər.

Məktəbin direktoru Arifə Balakişiyeva çıxışında 1 dəqiqəlik sükutla şəhidlərimizi anıb. Qazilərimizə Allahdan şəfa diləyib və döyüşən igidlərə uğurlar arzulayıb. Torpaqlarımızın geri qayıtmasına görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevə tarixin yeni səhifəsini yazdığı üçün borclu olduğumuzu qeyd edib. 

Tədbirin sonunda müəllim və müharibə iştirakçıları 44 nömrəli tam orta məktəbin adını daşıyan I Qarabağ müharibəsinin şəhidi Yusif Mirzəyevin büstünü ziyarət edib, gül dəstələri qoyublar.

Qarabağ Azərbaycandır! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi