Məktəbəhazırlıq qrupunda ilk dərs günü
2021-2022-ci tədris ili üzrə 5 yaşlılar ilk dəfə məktəbə qədəm qoydular. Məktəbəhazırlıq qrupunda olan uşaqları ilk dərs günü münasibətilə məktəbin direktoru Arifə Balakişiyeva təbrik edib, onlara uğurlar arzulayıb. İlk dərs günü yaşanan sevinc və həyəcan 5 yaşlıların üzlərindən hiss olunurdu. Balacalar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə ilk dərslərinə başlayıblar. Onlar özlərini təqdim edərək, yoldaşları ilə tanış olublar.