27 sentyabr "Anım günü" ilə bağlı tədbir keçirilib

27 sentyabr xalqımız haqq işi uğrunda başda Ali Baş Komandan-müzəffər sərkərdə İlham Əliyev olmaqla bir yumruq kimi birləşərək mübarizəyə başladı. 30 illik mücadilənin zirvə nöqtəsi olan bu tarixi gün bütün Respublikamızda "Anım günü" kimi qeyd edildi və həmişə də qeyd ediləcək.

27 sentyabr "Anım günü" ilə bağlı məktəbdə tədbir keçirilib. İlk öncə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri məktəbin direktoru Arifə Balakişiyeva açaraq 2020-ci il sentyabrın 27-dən başlanan Vətən Müharibəsinin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. Şagirdlər 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan igid oğullarımız haqqında şeirlər söyləyiblər.

Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi