Pedaqoji Şuranın ilk iclası keçirilib

Sentyabrın 17-də məktəbin akt zalında 2021-2022-ci tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirilib. İclasda  məktəbin direktoru Arifə Balakişiyeva yeni dərs ilində pandemiya şəraitinə uyğun olaraq, bütün gigiyenik qaydalara əməl edilməsini  müəllimlərin nəzərinə çatdırıb. Arifə xanım məktəbin fəaliyyətinin səmərəliliyini artırmaq üçün qarşıda duran məsələlər haqqında danışıb. Pedaqoji heyyətin fikirləri dinlənilib. Metodbirləşmə sədrləri çıxış edib. Şagirdlərin dərslik təminatı, diaqnostik qiymətləndirməyə hazırlıq vəziyyəti müzakirə edilib. Həmçinin MİQ ilə işə yeni qəbul olmuş müəllimlər təqdim olunub, eyni zamanda təqaüdə ayrılmış müəllimlərdən Xəlifəzadə Südabə müəllimə və Namazova Sevda müəllimə iclasda çıxış edərək məktəbimizə müvəffəqiyyətlər arzu ediblər. Məktəbin direktoru Arifə Balakişiyeva təqaüdə çıxan müəlimlərə ağır və şərəfli vəzifə borclarını layiqli yerinə yetirdiklərinə görə dərin təşəkkürünü bildirərək, onlara can sağlığı arzu edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi