İbtidai siniflərdə valideyn iclasları keçirilib

Sentyabrın 17-də məktəbdə ibtidai siniflər üzrə valideyn iclasları keçirilib. İclas pandemiya şəraitinə uyğun olaraq, vaksin olunmuş valideynlərlə keçirilib. İclasda 2021-2022-ci il tədris ilinin başlanması ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub, ötən tədris ilində qazanılan nailiyyətlərdən bəhs olunub. Valideynlər öz istək, tövsiyə və iradlarını bildiriblər. Məktəbin direktoru Arifə Balakişiyeva və sinif rəhbərləri valideynləri dinləyərək onlara öz məsləhətlərini və tövsiyələrini bildiriblər.