"Mən Azərbaycanlıyam" intellektual yarışı keçirilib

Avqustun 11-də məktəbdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin və "ASAN Könüllüləri" Təşkilatının 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 Avqust-Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" intellektual yarışı keçirilib. Yarışda iştirakçılara verilən suallar Azərbaycan dili, Coğrafiya, Azərbaycan tarixi, mədəniyyət və incəsənət, İdman və ümumi mövzuları əhatə edib. İlkin mərhələdə Azərbaycanın rayonları haqqında suallar verilib, düzgün cavab verən könüllülər növbəti tura keçərək seçdiyi 1 mövzu ilə oyunu davam etdirib. Yarışın qalibi 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüsü olub. Sonda yarışın qalibi və digər iştirakçılar təltif olunublar.