"Dendra Park"ına ekskursiya

İyunun 23-də məktəbin 6”A” sinif şagirdləri və coğrafiya müəllimi Ağca Quliyeva “Yay məktəb”inin bir gününü Mərdəkan Tarixi Muzeyində və Mərdəkan Dendra Parkında ekskursiyada olublar. Onlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında bələdçi tərəfindən verilən məlumatları və gedib gördüklərini qeydə alıblar.
Şagirdlər öz təsüratlarını bizimlə bölüşüb və məmnun olduqlarını bildiriblər.