"Yay məktəb"ində şagirdlərin əl işləri
“Yay məktəbi” başlayandan ibtidai sinif şagirdləri mütəmadi olaraq dərslərdə iştirak ediblər. Bu dərslər onların bilik səviyyələrini qaldırmaqla yanaşı, həm də əyləncəli və maraqlı keçir. Bu gün “Texnologiya” dərsində əl işlərimizi, yəni kim nə düzəldə bilir, bunu necə edir? sualı ilə uşaqlara müraciət etdim və nəticədə bu cür gözəl əl şləri ərsiyəyə gəldi.
Tənəffüs müddətində isə uşaqlarla yaddan çıxmış oyunlardan biri olan “Xanalar üzərində hoppanma” oyununu keçirtdik. Bu uşaqların həm təəccübünə, həm də sevincinə səbəb oldu. Onlar bu cür oyunu mənimsədilər.