1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.

Uşaqlar həyatımızın bəzəyidir. Onlar bizim gələcəyimizdir. Azərbaycanda uşaqların müdafiəsi haqqında qəbul olunan qanunlar, dövlət proqramları dövlətin uşaqlara ayırdığı diqqətin göstəricisidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə günü kimi qeyd olunur. Uşağın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbədə uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur. Y. Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə də uşaqlarımızın hüquqlarını qorumaq və vəzifələrini anlatmaq üçün tez-tez tədbirlər təşkil olunur. Bu günlələrdə də “Uşaqlar gələcəyimizdir” mövzusunda ədəbi-bəddi gecənin təşkili bunun bariz nümunəsidir. Tədbirdə məktəbimizdə uşaq hüquqlarının qorunması, şagirdlərin asudə vaxtlarının bölgüsü, müasir dövrdə onların üzləşdiyi problemlərə münasibət bildirən məktəbin müdiri Samirə Əkbərova məktəbin müəllimləri qarşısında çox mühüm tələblər qoydu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi