"Son zəng"

 İyunun 14-də məktəbdə Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında, müəyyən edilmiş qaydalara əməl edilməklə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Məktəbin direktoru Arifə Balakişiyeva çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb. Arifə xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan  işlər barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulayıb. 

Daha sonra məktəbin müəllimləri və valideynləri çıxış edərək 11-ciləri təbrik ediblər və onlara müstəqil həyatda uğurlar arzulayıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi