"Milli Qurtuluş Günü" ilə bağlı "dəyirmi masa"

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.

İyunun 11-də məktəbin tarix müəllimi Vüsal Qafarov 7”A” sinfində şagirdlərlə "Milli Qurtuluş Günü" ilə bağlı "dəyirmi masa” keçirib. Vüsal müəllim çıxışında 15 iyun tarixinin Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini və bu gününü özünə qaytardığını qeyd edib. Bildirib ki, bu tarix Azərbaycanın xilas və nicat tarixidir.

Sonda şagirdlər çıxış edib, müzakirələr aparıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi