1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı 1“A” sinfinin “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram tədbiri keçirilib. Tədbir sinif rəhbəri Elmira Cəbiyevanın nitqi ilə başlayıb, uşaqların çıxışları ilə davam edib. Bir-birindən maraqlı mahnılar, şeirlər, rəqslər nümayiş olunub.

Tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova iştirak edib. Məktəbin direktoru Arifə Balakişiyeva gələcəyimiz olan uşaqları təbrik edib, onlara xoş günlər arzulayıb.

Tədbirin sonunda isə uşaqlar uclarına göyərçin bağlanmış şarları arzu tutaraq açıq səmada havaya buraxıblar.

https://youtu.be/cIOQVVGc2nk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi