28 May-Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə “dəyirmi masa”

28 May-Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə məktəbin riyaziyyat müəllimi Həcər Əliyeva rəhbərlik etdiyi 9”C” sinfində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda “dəyirmi masa” keçirib. “Dəyirmi masa”da Azərbaycanın şanlı tarixindən söhbət açılıb. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin-müstəqil Azərbaycan dövlətinin rəsmən yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli valyuta və.s sahələrdə aparılan islahatlar verilmiş qərarlar və qanunlar qısa zamanda demokratik dövlətimizin, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda varlığını bəlli etdi.

Daha sonra Cümhuriyyət yaradıcılarının adları xatırlanıb. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycandakı vəziyyətlə bağlı müzakirə aparıblar. M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xoyski, Ə.Topçubaşov və digər tarixi şəxsiyyətlər haqqında ətraflı məlumat verilib.

https://youtu.be/Hy1xtRKaFQ8

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi