Mayın 23-ü Milli Qəhrəman Yusif Mirzəyevin doğum günüdür

Mayın 23-ü məktəbin adını daşıdığı Milli Qəhrəman Yusif Mirzəyevin doğum günü münasibətilə foyedə tədbir keçirilib. Tədbirin açılışında Milli Qəhrəman Yusif Mirzəyev və Qarabağ müharibəsində həlak olan digər şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Arifə Balakişiyeva şagirdlərə “Qarabağ qartalı” adlanan Yusif Mirzəyevin həyatı və keçdiyi döyüş yolu barədə məlumat verib. Daha sonra şagirdlərin hazırladığı videçarx nümayiş etdirilib. Şagirdlər tərəfindən Yusif Mirzəyevə həsr olunmuş “İgid əsgər” mahnısı və şeirlər söylənilib.

https://youtu.be/N2hgKX5TsnU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi