7 “A” sinif şagirdləri ilə “dəyirmi masa” keçirilib

Məktəbin tarix müəllimi Əhməd Mircavid 7 “A” sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi, dini abidələri, dini ibadətgahları mövzusunda “dəyirmi masa” keçirib. Mircavid müəllim ilk olaraq şanlı Azərbaycan ordusunun 44 günlük zəfər tarixindən danışıb. Daha sonra dilbər guşə olan Qarabağın tarixi barədə qısa məlumat verib. Şagirdlər də müzakirədə iştirak ediblər. Hazırladıqları məlumatları oxuyublar. İşğaldan azad olunmuş dini abidələrin vəziyyəti, gələcəyi barədə fikir mübadiləsi aparılıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi