9 "A" sinfidə müzakirə keçirilib

Məktəbin biologiya müəllimi Xəlilova Vüsalə 9 "A" sinfinin şagirdləri ilə "İşğaldan azad edilmiş ərazilərin tarix və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri" mövzusuna həsr olunmuş müzakirə keçirib.

Dərsə açılış nitqi ilə başlayan müəllim ilk olaraq şanlı ordumuzun 44 günlük zəfər mübarizəsi ilə bağlı qısa məlumat verib. Qeyd edilib ki, erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində-Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Daha sonra isə şagirdlər azad olunmuş bölgələrin tarixi, coğrafiyası, eləcə də füsunkar təbiəti, bitki örtüyü və özünəməxsus faunası barədə topladıqları məlumatları paylaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi