Pedaqoji Şuranın növbəti iclası

Mayın 16-da “Microsoft Teams” platforması üzəridən onlayn Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 may 2021-ci il tarixli F-212 nömrəli əmrindən irəli gələn məsələlər pedaqoji heyyətin nəzərinə çatdırılıb. 

Məktəbin direktoru Arifə Balakişiyeva məktəblərdə əyani təhsilin qismən bərpa olunması barədə geniş məlumat verib. Qeyd edib ki, şagirdlər mövcud qaydalara uyğun olaraq dərslərə gələcəklər. Əyani təhsildə II yarımillik qiymətləndirməyə aid məsələlərə də aydınlıq gətirib. Mövcud qaydalar izah olunub, xüsusi karantin rejimində tədris prosesinin əyani təşkilinin əsas istiqamətlərindən söhbət aparılıb.

İclasda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub. Qarşıda duran işlər haqqında kollektivə ciddi tapşırıqlar və dəyərli tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi