28 May-Respublika Günü ilə əlaqədar dəyirmi masa keçirildi.

1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı – 28 May günəşi. Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Əzildik, lakin nə şükürlər olsun ki, üzülmədik. Yetmiş ildən sonra, nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız üzərinə qaldırdıq. Bu istiqlal və azadlıq bizə heç də ucuz başa gəlmədi. 20 Yanvar, Qarabağ, Xocalı. Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Nə qədər vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Əzilmişik, lakin sınmamışıq. Çox tezliklə Türk oğlu hayqıraraq ayağa qalxacaq, mənfur düşməndən tökülən günasız qanların intiqamını alacaqdır. Biz həmin günlərin sorağı ilə bütün əzablara qatlanır, həmin anların qələbə yaşamı ilə, xalqımızın, müzəffər gücünə arxayın bir ümidlə nəfəs alırıq. İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaraq, gələcək nəsillərə ərmağan olacaqdır. Şagirdlər öz çıxışlarında Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin Ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını söylədilər. Dəyimi masada Ulu Öndərin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi