"Qəlbimizdə yaşayan Ulu Öndər"

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.

Məktəbin coğrafiya müəllimi Anay Məmmədova 8”A” sinfi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü haqqında onlayn "dəyirmi masa" keçirib. "Dəyirmi masa"da Anay müəllimə şagirdlərə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib. Daha sonra şagirdlər ümummilli liderin Azərbaycan tarixində rolu barədə müzakirə aparıblar.

Sonda qeyd edilib ki, bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi