5 "A" sinfinin iştirakı ilə "dəyirmi masa" keçirilib

Mayın 5-də məktəbin riyaziyyat müəllimi Həcər Əliyeva 5”A” sinfinin iştirakı ilə azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə haqqında “dəyirmi masa” keçirib. Şagirdlərdən Kəngərli Yulət, Əmrullayeva Nərgiz, Əyyubova Nurcan, Məhərrəmli Məhəmməd, İbrahimli İbrahim, Cəfərov Sənan “dəyirmi masa”da Lütfi Zadənin həyat və fəaliyyəti barədə geniş məlumat veriblər.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir:qeyri-səlis çoxluq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi