IX“C” sinfinin iştirakı ilə “dəyirmi masa” keçirilib

Aprelin 30-da məktəbin IX“C” sinif rəhbəri Həcər Əliyeva şagirdlərin iştirakı ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planına uyğun olaraq Ali Baş Komandanın xarici dövlətlərə verdiyi müsahibələrdə dövlətçilik ruhu barədə “dəyirmi masa” keçirib.

44 günlük vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr bütün dünya mətbuatında gündəmə gəlmişdir. Şagirdlərdən T.Fatimə “Əl-Cəzirə”, A.Sevda “Əl-Ərəbiyə”, Z.Xəzər “CNN-Türk”, A.Nailə “Haber Türk”, Ə.Aqşin Haber Qlobal” televiziyalarına verdiyi müsahibələrdən ətraflı söz açıblar.

Sinif rəhbəri Həcər Əliyeva çıxış edərək bildirib ki, Ali Baş Komandan 44 günlük vətən müharibəsi dövründə 50-yə yaxın xarici telekanala müsahibə vermişdir. Məhz həmin müsahibələr sayəsində bütün dünyaya çatdırılmışdır ki, Azərbaycan xalqı haqq yolunda savaş aparır və öz tarixi torpaqlarına qayıtmaq uğrunda mübarizə aparır.

Sonda şagirdlər Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi