28 Aprel-Akademik Zərifə xanım Əliyevanın doğum günüdür

Aprelin 27-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Məmmədova rəhbərlik etdiyi 7”C” sinfi ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın Azərbaycan tibb sahəsində fəaliyyəti barədə onlayn "dəyirmi masa" keçirib.

"Dəyirmi masa"da ilk olaraq sinif rəhbəri şagirdlərə Zərifə xanımın həyatı barədə məlumat verib. Daha sonra Zərifə xanıma aid qısa video nümayiş etdirilib.

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi