23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Bu gün 1996-cı ildən kitaba və müəlliflərə hörmət əlaməti olaraq bütün dünyada qeyd olunur.
Məktəbin şagirdləri 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Hər kitab bir xəzinədir" mövzusunda layihəyə qoşulublar. Şagirdlər oxuduqları kitablar haqqında ətraflı məlumat veriblər. Oxuduqları əsərlərin mövzusu, ideyası və onlara maraqlı gələn cəhətlər barədə danışıblar.